Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanılıb

Martın 24-də saat Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *