Sabirabadda yol qəzası olub, xəsarət alan var

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.

Belə ki, motosikletlə minik avtomobili ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *