Azərbaycanda 90 minə yaxın pensiya işi ləğv edilib – RƏSMİ

“Son üç il ərzində əlillik müddətinin uzadılması ilə bağlı saxtakarlıqlar aşkarlanıb. Nəticədə həmin şəxslərin əlilliyi ləğv edilib”.

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

O bildirib ki, ötən üç il aparılan araşdırmalar zamanı 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib:

“Bu saxta işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox idi”.

//Oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *