Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə ölüb

Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *