Göygöldə ağır avtomobil qəzası: Bir körpə öldü, iki nəfər xəsarət aldı

öygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, “Hyundai” və VAZ-2106 markalı avtomobillər toqquşub.

Qəza zamanı avtomobillərdə olan 1964-cü il təvəllüdlü İsmayılov İsmayıl Talıb oğlu və iki azyaşlı – 2020-ci il təvəllüdlü Hüseynzadə Bahar Elnur qızı, 2019-cu il təvəllüdlü Hüseynzadə Uğur Seymur oğlu xəsarətləri alıb. Onlar xəstəxayana yerləşdirilib.

2020-ci il təvəllüdlü Hüseynzadə Bahar Elnur qızı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *