Türkiyədə son sutkada 288 nəfər koronavirusun qurbanına çevrilib

Türkiyədə son sutkada 62 606 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 212 645 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 288 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35 608 nəfərdir.

Hazırda ölkə üzrə 533 303 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3240 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 643 734 nəfər (son sutkada 52 184 nəfər) müalicə olunaraq sağalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *