Bu yay Bakı çimərlikləri açılacaqmı? – RƏSMİ CAVAB

Çimərlik mövsümünün başlanmasına bir neçə ay qalıb. Bu yay koronavirusla bağlı çimərliklərdə hansı qaydalar tətbiq olunacaq?

Bakı şəhər İH -dən lent.az-a verilən məlumata görə bununla bağlı hələki heç bir məlumat yoxdu:

“Çimərliklərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik”.

Məlum olduğu kimi ötən yay koronavirusla bağlı çimərlikdlərdə məhdudiyyətlər tətbiq olunmuşdu.

Qeyd edək ki, ötən il çimərlik mövsümü iyunun 16-da açılmışdı. Karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi profilaktik tədbirlər həyata keçirilərək, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitariya qovşaqları quraşdırılmışdı, Xüsusi iplər çəkilərək vətəndaşların ara məsafəsini gözləmələri tələb olunurdu.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *