Kart məlumatlarınızı bu cür ələ keçirirlər – Diqqətli olun

Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olunub.

Bu barədə Valyuta.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:

“//azerdostavka.shop/tracks/1684209367”

“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici Votsap nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!” – açıqlamada qeyd olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *