Bakıda məktəbdən tapança və avtomat oğurlanıb

Bakıda məktəbdə oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəblərin birindən təlim üçün nəzərdə tutulan 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *