“Sumqayıt” “Sabah”a uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

“Kapital Bank Arena”da “Sumqayıt” “Sabah”ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

Hesabı 40-cı dəqiqədə Mario Marina açıb. 69-cu dəqiqədə Tiemoko Fofana “Sabah”ın ikinci qolunu vurub. 85-ci dəqiqədə isə Cəmaləddin Xocaniyazov qırmızı vərəqə alaraq, “Sumqayıt”ı azlıqda qoyub.

Beləliklə, “Sabah” xallarını 25-ə yüksəldərək, 5-ci pilləyə qalxıb. “Sumqayıt” isə 33 xalla ötən turla müqayisədə 4-cü yerə enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” səfərdə “Keşlə”ni 3:0, “Səbail” evdə “Qəbələ”ni 1:0 hesabı ilə yenib. “Qarabağ” – “Zirə” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *