Zəfər yolunun minalardan tamamilə təmizlənəcəyi vaxt AÇIQLANDI

“2020-ci ilin sentyabrın 27-dən bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

“10 kilometr uzunluğunda Çaylı-Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 35 kilovoltluq elektrik xəttinin, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda həmin istiqamətlər elektrik enerjisi ilə təmin olunub”, – deyə o qeyd edib.

İ. İsmayılovun sözlərinə görə, hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir:

“Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Ağdam dəmiryolu xətti, Füzuli-Zəngilan-Ağbənd istiqamətində olan xətlərin təmizlənməsi həyata keçirilir.

O cümlədən, Füzuli-Şuşa avtomobil yolu və Zəfər yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək”.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *