Azərbaycanlı youtuber vəfat etdi

Azərbaycanlı youtuber Ceyhun Əsədov vəfat edib.

Median.Az “axşam.az”a istinadən xəbər verir ki, o, ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Ceyhunun beyninə qan sızıb və əməliyyat olunub. Bir ay komada qalan youtuber Tovuzda müalicə alırdı.

Qeyd edək ki, Ceyhunun 37 yaşı var idi. O, bir çox müğənninin Youtube kanalını işlətməsi ilə məşhurlaşmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *