İndoneziya sahillərində güclü zəlzələ olub

Mayın 14-də İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə İndoneziya Fövqəladə Vəziyyətlərə Nəzarət Agentliyi məlumat yayıb.

Yerli vaxtla 13:33 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Qərbi Niasa əyalətindən 141 kilometr cənub-qərbdə, ocağı 19 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *