Ağstafada minik maşını aşıb, sürücü yaralanıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonum Muğanlı kəndində qeydə alınıb.

Hərəkətə olan VAZ markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1976-cı il təvəllüdlü Orucov Həbulla xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *