“Neftçi”nin 8-ci bombardiri son 8 mövsümdə ən məhsuldar oyunçudur

Namik Ələskərov futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün bombardiri olmaqla tarixə düşüb.
“Report”un məlumatına görə, yarımmüdafiəçi bu uğura “Neftçi”nin heyətində nail olan 8-ci futbolçudur.
Ona qədər Samir Ələkbərov, Nazim Əliyev, Qurban Qurbanov, Bahodir Nasimov, Nikolas Kanales, Stiven Monroz və Baqali Dabo belə uğur əldə edib.
19 qol vuran Ələskərov son 8 mövsümün ən məhsuldar bombardiridir. Sonuncu dəfə belə yüksək məhsuldarlığa 2013/2014 mövsümündə rast gəlinib.
“Qarabağ”ın sabiq hücumçusu Reynaldo 22 dəfə fərqlənib.

1992 Nazim Əliyev “Xəzər” 39
1993 Samir Ələkbərov “Neftçi” 16
1993/94 Musa Qurbanov “Turan” 35
1994/95 Nazim Əliyev “Neftçi” 26
1995/96 Rövşən Əhmədov “Kəpəz” 23
Fazil Pərvərov “Kəpəz” 23
1996/97 Qurban Qurbanov “Neftçi” 34
1997/98 Nazim Əliyev “Dinamo” 23
1998/99 Alay Bəhramov “Viləş” 24
1999/00 Badri Kvaratsxeliya “Şəmkir” 16
2000/01 Paşa Əliyev “Dinamo-Bakılı” 13
2001/02 yarımçıq qalıb
2002/03 keçirilməyib
2003/04 Samir Musayev “Qarabağ” 20
2004/05 Zaur Ramazanov “Karvan” 21
2005/06 Yakuba Bamba “Karvan” 16
2006/07 Zaur Ramazanov “Xəzər-Lənkəran” 20
2007/08 Xaqani Məmmədov ”İnter” 19
2008/09 Valter Quqlemon “İnter” 17
2009/10 Fərid Quliyev “Standard” 16
2010/11 Georgi Adamiya “Qarabağ” 18
2011/12 Bahodir Nasimov “Neftçi” 16
2012/13 Nikolas Kanales “Neftçi” 26
2013/14 Reynaldo Silva “Qarabağ” 22
2014/15 Nurlan Novruzov Bakı 15
2015/16 Dani Kintana “Qarabağ” 15
2016/17 Filip Ozobiç “Qəbələ” 11
Rauf Əliyev “İnter” 11
2017/18 Baqali Dabo “Qəbələ” 13
2018/19 Mahir Mədətov “Qarabağ” 16
2019/20 Baqali Dabo “Neftçi” 7
Mahir Mədətov “Qarabağ” 7
Stiven Monroz “Neftçi” 7
Peyman Babayi “Sumqayıt” 7
2020/21 Namiq Ələsgərov “Neftçi” 19

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *