A Seriyasını tərk edən komandaya 12 saatlıq avtobus səyahəti cəzası

Bu mövsüm sona bir tur qalmış A Seriyasını tərk edəcəyi dəqiqləşən “Benevento” klubunun prezidenti Orste Viqorito komandasını uğursuz çıxışına görə cəzalandırmağı qərara alıb.

“Calciomercato” resursunun məlumatına görə, Filippo İnzaginin yetirmələri İtaliya çempionatının 38-ci turu çərçivəsində “Torino” ilə səfər qarşılaşmasına avtobusla yollanacaqlar.

Onların Turin şəhərinədək olan təxminən 900 km-lik məsafəni 12 saata qət edəcəyi gözlənilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *