Bakıda külli miqdarda oğurluq edilən ev Cəlal İsayevə məxsusdur – AÇIQLAMA

Ötən gün paytaxtda iki milyonluq oğurluq edilən evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Qafqazinfo-nun məlumatına görə, oğrular C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.

Cəlal İsayev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə istintaq aparılır:

“Mən heç nə deyə bilmərəm. Polis istintaq aparır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *