Bakıda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Babək prospektində 1981-ci il təvəllüdlü Əliyeva Fatma Qiyas qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud çanaq oynağının əziyi diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *