Şəmkirdə 2 qadın bıçaq xəsarəti alıb

Şəmkir rayonunda 2 qadın bıçaqlanıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Kənd sakinləri olan Şəlalə Tağıyeva və Şəhla Süleymanova bıçaq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *