İranda yerdə olan təyyarənin pilotları katapult etdi: İki nəfər öldü

İranda “F-5” qırıcısında katapultun işə düşməsi nəticəsində Hava Qüvvələrinin iki pilotu həlak olub.

Mk.ru xəbər verir ki, bu zaman təyyarə yerdə olub, pilotlar havaya qalxmağa hazırlaşıblar.

Hadisənin ölkənin cənub-qərbindəki Xuzistan əyalətində baş verdiyi bildirilir. Son bir ayda ikinci hadisədir ki, İranın hərbi təyyarələrində xilasetmə sistemi gözlənilmədən işə salınır.

ABŞ-ın “F-5” qırıcıları 40 ildən çoxdur İran ordusunun arsenalında yer alır. Onların tədarükü XX əsrin 70-ci illərində olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *