Canni De Byazi: “Bu futbolçular bizim gələcəyimizdir”

“Nəticədən razı, etdiyimiz səhvlərdən narazı qaldım. Xüsusilə buraxdığımız qol zamanı yol verdiyimiz səhv məni bir az əsəbiləşdirdi. Qapıya xeyli sayda zərbə endirsək də, cəmi üçü dəqiq oldu”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Minskdə Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

Bədavi Hüseynovun millidə ilk qolunu vurmasına toxunan italiyalı mütəxəssis 3 gün öncə ona artıq fərqlənməyin vaxtı çatdığını söylədiyini bildirib: “Futbolda hərşey mümkündür, əsas inanmaqdır. Debüt edən futbolçulara gəlincə, onların çıxışından razı qaldım. Bu futbolçular bizim gələcəyimizdir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *