İsveçrədə son 7 ayda ilk dəfə koronavirusdan ölüm qeydə alınmayıb

Son sutka ərzində İsveçrədə 717 yeni yoluxma faktı aşkarlanıb.

TASS ölkənin Federal Səhiyyə İdarəsinə istinadla məlumat verir ki, bununla da, İsveçrədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 696 213 nəfərə çatıb.

Son 7 ayda ilk dəfə olaraq, ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Ümumilikdə isə pandemiya müddətində İsveçrədə 10 268 nəfər ölümcül virusun qurbanı olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *