Bakı metrosunda ilk həftə daşınan sərnişinlərin sayı açıqlandı

Bakı metrosunda gün ərzində daşınan sərnişinlərin sayı açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun fəaliyyəti bərpa edildikdən sonra sərnişindaşımaların sayı ilk həftə ərzində metropolitenin 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə az olub:

“Belə ki, orta hesabla gün ərzində 350 000 – 400 000 civarında sərnişin daşınması həyata keçirilib”.

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən “8 Noyabr” stansiyasında orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşındığını da qeyd edib. Bununla yanaşı bildirib ki, inşasına başlanılan Xocasən elektrik deposu kompleksinə daxil olan yerüstü stansiyanın gələn ilin sonuna tamamlanması planlaşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *