Şirvanda qətl törədən şəxs tutuldu

Şirvan şəhərində həmyerlisini öldürən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib

Ötən gün münaqişə zəminində Fəxrəddin Babayevi bıçaqlayaraq qətlə yetirən Şirvan sakini, Mirzəyev Xəyyam Mehman oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *