Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

Quba rayonunda yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qaraçay kəndində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu “NİVA” markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *