Bu həftənin şənbə günü Bakıda ictimai nəqliyyat işləyəcək – SƏBƏB

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti qarşıdakı bir ayda həftə sonları avtobuslar və metropolitenin işləməyəcəyi barədə məlumat yayıb.

Median.Az xəbər verir ki, 3 iyul şənbə günü olmasına baxmayaraq, ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Çünki həmin gün Bakıda AVRO-2020-nin 1/4 final oyunu baş tutacaq.

Qeyd edək ki, yeni qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək qüvvədə olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *