Badamdarda su xətti partlayıb, həyətləri və marketi su basıb

Badamdar qəsəbəsində su xətti partlayıb.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının APA-ya verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: “Hazırda təmir gedir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *