Pentaqon Suriyada hərbi bazanın atəşə tutulmasını təkzib etdi

Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulmasına münasibət bildirib.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto xəbəri təkzib edib:

“ABŞ-ın Suriyadakı qüvvələrinin bu gün raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” – Marotto tvitterdə yazıb.

Al Arabiya bildirib ki, Suriyanın şimal-şərqində, Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub. Raket hücumu zamanı baza ərazisinə ən azı iki reaktiv mərmi düşüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *