37 yaşlı kişinin qulağını kəsdilər

Hacıqabul sakininin qulağı kəsilib.

“Report”un məlumatına görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlunun mübahisə zəminində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *