Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 7-də saat 22 radələrində Yasamal rayonu ərazisində Xırdalan şəhər sakini E.Qulamov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlhamə Yusifovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *