Neftçalada qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib

Neftçalada qətl hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1980- ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı, 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *