Tovuzda toyda üç nəfərə xəsarət yetirən şəxs tutuldu

Dünən axşam saatlarında Tovuzda keçirilən toy mərasimlərindən birində insident baş verib.

Median.Az-ın məlumatına görə, hadisə zamanı 1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni 2001-ci təvəllüdlü İsmayılov Elgün törədib. Ona qarşı edilən zarafatı qəbul etməyən E.İsmayılov M.Kərimova və F.Hüseynova qayçı ilə, F.Mehdiyevə isə başından butulka ilə xəsarət yetirib.

E.İsmayılov polis tərəfindən saxlanılıb.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *