“PSJ” baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

Fransanın “PSJ” futbol klubu baş məşqçisi Maurisio Poççetino ilə yeni müqavilə imzalayıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssislə ikiilik sözləşmə bağlanıb.

Baş məşqçi 2023-cü ilədək kluba rəhbərlik edəcək.

Xatırladaq ki, Maurisio Poççetino 49 yaşındadır, 2021-ci ilin yanvarından “PSJ”yə rəhbərlik edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *