Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir.

COVID-19 pasportu olmayan şəxslər restoranlara buraxılmır.

Analoji tədbirlər paytaxtın bütün rayonlarında – Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal həyata keçirilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a təsdiqləyiblər.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *