Rusiyada yaşayan azərbaycanlı bloqerə hökm oxundu

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqer Hüseyn Həsənov 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu barədə BAZA “Telegram” kanalı xəbər verib.

Bundan başqa o, 30 min rubl (təxminən 690 manat) cərimə ödəməlidir.

Xatırladaq ki, iyulun 7-də polislər tərəfindən saxlanılan H.Həsənov tibbi müayinədən keçməkdən imtina etdiyi üçün, ona qarşı inzibati iş qaldırılmışdı.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı bloqerin 17,1 milyon “Instagram” izləyicisi və 1,38 milyon “YouTube” abunəçisi var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *