İran güləşçisi Olimpiadadakı davranışına görə cəzalandırıla bilər

İran güləşçisi Həsən Yəzdani Olimpiya Oyunlarındakı hərəkətlərinə görə cəzalandırıla bilər.

TASS xəbər verir ki, sərbəst güləş üzrə 86 kq-dək idmançıların yarışında finalda amerikalı Devid Teylora uduzan iranlı məğlubiyyətini qeyri-etik şəkildə qarşılayıb.

O, aqressiv halda bütün idmançıların olduğu isinmə zonasına yollanaraq ucadan çığırıb, divarları yumruqlayıb və əşyaları sağa-sola atıb.

Qeyd edək ki, Yəzdani olimpiya və dünya çempionudur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *