AAYDA: “Zəfər Yolu”nun sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur”

“Görülən işlərdən ən qürurvericisi Azərbaycan ordusunun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisi layihəsidir. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır”.

Bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında məlumat verilib.

Bildirilib ki, “Zəfər Yolu”nun layihə uzunluğu 101.9 km-dir: “İki hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur”

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *