Qubada avtomobil piyadanı vurub

Qubada yerli sakinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, avtomobil piyada Baba Tahir oğlu Musayevi vurub.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *