ABŞ “Taliban”ın mövqelərini bombalayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstanda “Taliban”ın irəliləməsinin qarşısının alınması məqsədilə “B-52” qırıcı təyyarələrdən istifadə edərək qruplaşmanın mövqelərini bombalayıb.

“Report” “Sputnik Afqanıstan”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, “B-52” və “AC-130” qırıcı təyyarələri qruplaşmanın Qəndəhar, Herat və Leşgərgah şəhərləri ətrafındakı mövqelərini bombalayıb.

Məlumatda ABŞ, Böyük Britaniya və İsveçrənin vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırdıqları da qeyd edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *