Operativ Qərargahda qapanmalar müzakirə edilir

Azərbaycanda son günlər ərzində koronavirusa yoluxmada ciddi artım qeydə alınıb.

Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi üçün müzakirələrə başlanılıb.

Qeyd edək ki, bu ilin avqust ayının 1-də Azərbaycan ərazisində koronavirusa yoluxma saı 671 nəfər qeydə alınıb. Artıq ayın 8-də isə bu göstərici iki dəfəyə yaxın artaraq 1220 nəfər olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *