TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına CAVAB

Son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı problemlərin olduğu barədə məlumatlar yayılır.

Bildirilir ki, bu problem nəticəsində koronavirusa (COVID-19) yoluxan xəstələrinin vəziyyəti ağırlaşır.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *