Mingəçevirdə qəza nəticəsində avtomobil aşdı: Xəsarət alanlar var

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində, məcburi köçkün şəhərciyinin qarşısında qeydə alınıb.

“Mercedes” və “VAZ-2109” markalı minik maşınlarının toqquşub, “Mercedes” aşıb.

Nəticədə 1991-ci il təvəllüdlü Nurlan Əsədov və daha bir nəfər xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *