Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Scania” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Komitədən verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Lakin, yoxlama zamanı yük nəqliyyat vasitəsinin hava balonlarının içərisində 10 200 ədəd “Marlboro Touch” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *