Azərbaycan klubuna qarşı qeyri-etik ifadələrə görə böyük məbləğdə cərimə

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Cənubi Kiprin Larnaka şəhərində baş tutmuş matçında azarkeşlərin davranışına görə yerli AEL klubunu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, UEFA-nın qurumun Nəzarət, Etika və İntizam Komitəsi Limassol klubunu meydana yad əşyaların atılmasına görə 2 250 avro, oyunun sonlarında baş verən kütləvi təzyiqlərə görə isə 5 min avro cərimələyib.

Qeyd edək ki, ümumilikdə 7 250 avro 90 gün ərzində UEFA-ya ödənilməlidir.

Xatırladaq ki, 1:1 hesabı ilə başa çatmış oyun zamanı AEL fanatları “Qarabağ”a qarşı qeyri-etik hərəkətlərə yol verib. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları “Qarabağ” texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirib. Bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *