Haitidə zəlzələ qurbanlarının sayı iki minə yaxınlaşıb

Haitidə baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Xarici KİV-də yer alan məlumatlarda fəlakət nəticəsində 1941 nəfərin həlak olduğu, 9 mindən çox şəxsin isə xəsarət aldığı bildirilib.

Bununla yanaşı, çox sayda insanın itkin düşdüyü qeyd edilib.

Haiti hökuməti ölənlər üçün üç günlük ümummilli matəm elan edib.

Xatırladaq ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *