Xızıda təxliyə maşınının aşması nəticəsində 1 nəfər xəsarət alıb

Xızı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qızılqazma kəndində qeydə alınıb.

Belə ki, təxliyə maşınının aşması nəticəsində 1968-ci il təvəllüdlü Cavid Qırxlar oğlu Ağarəhimov xəsarət alıb. O, ilkin tibbi yardımdan sonra təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *