Oğuzda avtomobil ağaca çırpılıb, 2 qardaş xəsarət alıb

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini 1997-ci il təvəllüdlü İbad Elçin oğlu İmanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun qardaşı, 1996-cı il təvəllüdlü Elzamin Elçin oğlu İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *