Ukrayna Türkiyədə helikopter təmiri mərkəzi yaradacaq

Ukraynanın “Ukrspetseksport” və Türkiyənin “THK Teknik A.Ş.” şirkətləri arasında çərçivə sazişi imzalanıb.

Bu barədə, “Ukroboronprom” məlumat yayıb.

Məlumata əsasən, razılaşma İstanbulda keçirilən IDEF-21 müdafiə sənayesi sərgisi zamanı əldə olunub.

Müqaviləyə görə, Ukrayna şirkəti Türkiyədə Mi-17 helikopterlərinin təmiri üçün xüsusi mərkəz yaradacaq. Mərkəzdə həm Türkiyə, həm də üçüncü ölkələrin helikopterlərinə xidmət göstəriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *