
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üç oyunu keçirilib.
Maraqlıdır ki, baş tutmuş hər üç görüşdə meydan sahibləri qələbə qazanıblar.
“Benfika” Portuqaliyada Niderlandın PSV klubunu 2:1 hesabı ilə məğlub edib.
“Yanq Boyz” İsveçrədə Macarıstan “Ferentsvaroş”una qalib gəlib – 3:2.
İsveç “Malmö”sü isə doğma meydanda Bolqarıstan “Lüdoqorets”indən güclü olub – 2:0.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Benfika” (Portuqaliya) – PSV (Niderland) – 2:1
Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 – Kodi Qakpo, 52
“Malmö” (İsveç) – “Lüdoqorets” (Bolqarıstan) – 2:0
Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61
“Yanq Boyz” (İsveçrə) – “Ferentsvaroş” (Macarıstan) – 3:2
Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 – Frank Boli, 14; 82
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 24 və 25-də oynanılacaq.
Leave a Reply