Pakistanda Aşura mərasimi zamanı partlayış: Ölənlər var

Pakistanda baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 50 nəfər yaralanıb.

Bu barədə “Associated Press” yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Hadisə Pəncab əyalətinin Bahavalnaqar şəhərində keçirilən Aşura mərasimi zamanı baş verib.

Əraziyə polislər və tibb işçiləri cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *